resepti.local » Resept » Quru meyvəli, fındıqlı muffin resepti
Quru meyvəli, fındıqlı muffin resepti

Quru meyvəli, fındıqlı muffin resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Quru meyvəli, fındıqlı muffin resepti

Tərkibi:
Yumurta – 3 ədəd
Şəkər tozu – 1 st.
Süd – 1 st.
Duru yağ -1 st.
Qabartma tozu – 1 paket
Vanil – 1 paket
Toz halına salınmış fındıq – 1 st.
Toz halına salınmış qoz – 1 st.
Quru meyvə – 1 st.
Un – 3 st.

Hazırlanması:
Yumurtaları sındırıb, şəkər tozu ilə mikserdə çal. Köpüklənəndən sonra üstünə südü, duru yağı, vanil və qabartma tozunu da əlavə et, mikserlə çalmağa davam et. Sonra unu və quru meyvələri əlavə edib, xəmir halına gələnə qədər qarışdır.Sobanı 170 dərəcə temperaturda qızdır. Muffin üçün xüsusi qablara (formalara) kağız qoyub, yağla və xəmiri onların içinə əlavə et. Zövqə görə hər muffinin üzərinə bir neçə quru meyvə qoy. Muffinləri şişənə qədər bişir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür