resepti.local » Resept » Sobada kartof resepti
Sobada kartof resepti

Sobada kartof resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Sobada kartof resepti

Tərkibi:
Kartof- 12 ədəd
Kərə yağı - otaq temperaturasında 6 x.q.
Zeytun yağı - 3 x.q.
Sarımsaq - 2 diş
Duz - 2 ç.q.
İstiot - 1 ç.q.

Hazırlanması:
Soba listinə zeytun yağı çəkilib kənara qoyulur. Sarımsaq sürtgəcin kiçik gözündən keçirilir, kərə yağı, düz və istiotla qarışdırırlır. Eyni ölçüdə olan kartoflar təmiz yuyulur və qabığı soyulmur. Sonda duzlu suda bir az bişirilir. Soyuyandan sonra dilimlənir amma diqqət etmək lazımdır ki, sona qədər dilimlənməsin. Öncədən hazırlanan sarımsaq qatışıq yağla yağlanır və 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirilir.

Qeyd edək ki, bu resept 6 nəfər üçün nəzərdə tutulub.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür