resepti.local » Resept » Toyuq ruleti resepti
Toyuq ruleti resepti

Toyuq ruleti resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Toyuq ruleti resepti

Tərkibi:
1 ədəd toyuq,
200 qr göbələk,
2-3 ədəd rəngli bibər,
2-3 x.q. yaşıl noxud konservi (“qarox”),
duz,istiot,sarıkök

Hazırlanması:
İlk öncə toyuğun dərisini çıxardıb, ətini sümükdən ayırırıq. Ət çəkən maşınından çəkib, duz, istiot, sarikök səpərək qarışdırırıq. Ruleti şəklini vermək üçün falqanı açıq arasına toyugun çıxartdığımız dərisini yayırıq. Üzərinə çəkilmiş toyuq ətini əlavə edərək üzərini mayonezləyirik. Daha sonra kənara yaxın tərəfdən uzun-uzun doğranmış bibərləri, göbələk və noxudu yerləşdirib, rulet kimi bükürük. Son olaraq üzərinə mayonez çəkib, falqa ilə bağlayırıq. Sobada 200 dərəcə istilikdə bişiririk. Bişənə yaxın üstünün falqasını açıb, təkrar sobaya qoyuruq ki qızarsın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür