resepti.local » Resept » Ət sote resepti
Ət sote resepti

Ət sote resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Ət sote resepti

Tərkibi:
400 qr ət,
3 ədəd quru soğan (orta ölçülü),
2 ədəd kök,
1 ədəd yaşıl bibər,
1 ədəd qırmızı bibər,
3-4 x.q. yaşıl noxud konservi (“qarox”),
duz,istiot

Hazırlanması:
Əti xırda ölçüdə kublar şəklində doğrayıb, suda bişiririk. Soğanı xırda, kökləri kub və bibərləri isə uzunsov formada doğrayırıq. Ayrı bir qabda soğanı kərə yağında azca qovurub, daha sonra bibərləri əlavə edirik. Biraz da qovurduqdan sonra kökü və əti əlavə edib, son olaraq üzərinə ətin suyundan tökürük. Zövqə görə duz, istiot tökdükdən sonra orta odda bişməsini gözləyirik.

Hazır olana yaxın yaşıl noxud konservini əlavə edib, qarışdırdıqdan sonra oddan götürürük.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür