resepti.local » Resept » Yeni il peçenyası resepti
Yeni il peçenyası resepti

Yeni il peçenyası resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Yeni il peçenyası resepti

Tərkibi:
125 qr kərə yağı,
1 armudu st duru yağ,
7 x.q. pudra şəkəri,
1 ədəd yumurtanın ağı,
1 paket vanil,
4 st. un (apardığı qədər)

Üzəri üçün:
1 ədəd yumurtanın ağı,
yarım st pudra şəkəri,
qida boyası

Hazırlanması:
Xəmiri hazırlamaq üçün kərə yağı,pudra şəkəri və yumurtanın ağı qarışdırırıq. Üzərinə un və vanil əlavə edib, yumuşaq xəmir yoğururuq(bu mərhələdə zövqə görə darçın,zəncəfil,mixək,limon qabığı və s. əlavə edilə bilər). Rahat olmağı üçün xəmiri iki yağlı kağızın arasına yerləşdirərək, 1 sm qalınlığında yayırıq. Yaydığımız xəmiri şam ağacı şəkilli formalarla kəsirik.

*Qeyd. Əgər siz də bu ləziz peçenyaları şam ağacından asmaq istəsəniz bişirməmişdən əvvəl yuxarı hissəsində yumru dəliklər açmalısınız.

Bütün xəmiri bu qayda ilə hazırladıqdan sonra soba qabında yığaraq 160 dərəcədə üstü az qızarana kimi bişiririk.

Üzəri üçün (İsing) yumurtanın ağını qatılaşana kimi mikserlə çalırıq. Daha sonra pudra şəkəri və istədiyiniz rəngi əlavə edib, qarışdırırıq.

Peçenyalar soyuduqdan sonra üzərini hazırladığımız ising ilə bəzəyirik.

*Qeyd. İsing qaldıqca quruduğu üçün bu prosesi biraz cəld yerinə yetirmək lazımdır.

Beləliklə, gözəl görünüşlü ləziz peçenyalarımız servisə hazırdır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür