resepti.local » Resept » Yeni il peçenyaları resepti
Yeni il peçenyaları resepti

Yeni il peçenyaları resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Yeni il peçenyaları resepti

Tərkibi:
250 qr un,
1 ədəd yumurta,
100 qr şəkər tozu,
100 qr yağ,
1 ç.q. zəncəfil tozu,
1 ç.q. darçın tozu,
4 x.q. bal

Hazırlanması:
Xəmiri hazırlamaq üçün yağ, şəkər tozu və yumurtanın ağını çalırıq. Üzərinə un və bal əlavə edib, yumuşaq xəmir yoğururuq(bu mərhələdə zövqə görə darçın,zəncəfil,mixək,limon qabığı və s. əlavə edilə bilər). Xəmirin özünü tutması üçün 1-2 saat soyuducuda saxlayırıq.

Xəmiri 1 sm qalınlığında yayırıq. Yaydığımız xəmiri müxtəlif şəkilli formalarla kəsirik.

Bütün xəmiri bu qayda ilə hazırladıqdan sonra soba qabında yığaraq 180 dərəcədə üstü az qızarana kimi bişiririk. Üzərini ising və ya kremlə bəzəyə bilərsiniz.

Beləliklə, gözəl görünüşlü yeni il peçenyalarımız servisə hazırdır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür