resepti.local » Resept » Bəzəkli peçenya resepti
Bəzəkli peçenya resepti

Bəzəkli peçenya resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Bəzəkli peçenya resepti

Tərkibi:
250 qr yağ,
1 ədəd yumurta,
yarım st duru yağ,
1 st şəkər tozu,
1 paket vanil,
1 paket qabartma tozu,
3 st. un (apardığı qədər)

Üzəri üçün:
Şokolad,kakos və ya tort bəzəyi

Hazırlanması:
Xəmir üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, bərk xəmir yoğururuq. Qoz boyda kündələr ayıraraq, forma vermək üçün çəngəllə bir tərəfindən basırıq. Bu qayda ilə bütün kündələri hazır etdikdən sonra soba qabına yığaraq 180 dərəcədə bişiririk. Diqqət etmək lazımdır ki, peçenyaların üstü qızarmasın, altının qızarmağı bişməyinin göstəricisidir.

Soyuduqdan sonra bir tərəfəni əridilmiş şokolada (qlazur da ola bilər) salırıq. Sonra kakos və ya tort bəzəyinə batırırıq. Beləliklə, gözəl görünüşlü ləziz peçenyalarımız servisə hazırdır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür