resepti.local » Resept » Şəkərbura resepti
Şəkərbura resepti

Şəkərbura resepti

Mətbəx: Milli mətbəx
Porsiya: Yox

Şəkərbura resepti

Tərkibi:
2/3 st (yarım stəkandan biraz çox) süd
3 ədəd yumurtanın sarısı
5 x.q smetan(xama)
250-300 qr kərə yağı
1/3 ç.q (çay qaşığının ucunda) maya
yarım ç.q şəkər tozu
1 çimdik duz
4-5 st un (apardığı qədər)

İç üçün:
300 qr ağ fındıq,
200 qr şəkər tozu,
vanil,hil,mixek tozu

Hazırlanması:
Əvvəlcə maya və şəkər tozu üzərinə 1/4 st ilıq su tökülüb qarışdırırıq,qabın qapağını örtərək 10-15 dəqiqə köpməsi üçün gözləyirik. Maya hazır olduqdan sonra xəmir üçün qeyd olunmuş digər ərzaqlarla birlikdə xəmir yoğururuq.
*Qeyd. Xəmir nə bərk, nə də yumşaq olmamalıdır.
Xəmiri özünə gəlməsi üçün 20-25 dəqiqə gözlədirik. Bu vaxt ərzində içliyi hazırlaya bilərsiniz. Fındığı çəkirik (və ya xırda doğrayıcının köməyi ilə toz halına salırıq), digər ərzaqları da üzərinə əlavə edib qarışdırırıq.
Xəmir hazır olduqdan sonra eyni böyüklükdə kiçik kündələr tuturuq. Hər bir kündəni yayaraq, tam mərkəzinə içlik qoyuruq. Kənarını büküb, üzərinə naxış vurduqdan sonra əvvəlcədən 110-120 dərəcədə isidilmiş sobada bişiririk.
*Qeyd. Sobalar fərqli olduğundan istilik dərəcəsi fərqli ola bilər. Sobanızın zəif dərəcəli istiliyində bişirin.
Beləliklə, milli mətbəximizin ləziz şirniyyatlarından olan şəkərburalarımız hazırdır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür