resepti.local » Resept » Şokoladlı mini kruasan resepti
Şokoladlı mini kruasan resepti

Şokoladlı mini kruasan resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Şokoladlı mini kruasan resepti

Tərkibi:
2 st süd,
3 x.q. şəkər tozu,
yarım ç.q. duz,
4 x.q. duru yağ,
3 ç.q. maya (“droj”),
4 st. un (apardığı qədər)

İç üçün:
Şokolad yağı,
1-2 x.q kərə yağı

Üzəri üçün:
1 yumurtanın sarısı,
1 ç.q. duru yağ

Hazırlanması:
Xəmir üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, yoğururuq və özünü tutması üçün gözləyirik. Təqribən 1-1.5 saat sonra xəmir gəlmiş olacaqdır. Xəmiri iki bərabər hissəyə bölürük. Hər hissədən 7 eyni ölçülü kündələr tuturuq. Hər bir kündəni ayrı-ayrılıqda yayaraq, üzərinə kərə yağı çəkib üst-üstə yığırıq. Ən üst qata yağ əvəzinə şokolad yağı çəkilir. Üçbucaq formasında kəsib, rulet kimi bururuq. Bütün xəmiri bu qayda ilə hazırladıqdan sonra 30 dəqiqə gözləyirik.

Üzərinə duru yağ və yumurtanın sarısını qarışdıraraq çəkirik. Soba qabına yığıb 180 dərəcədə üzəri qızarana kimi bişiririk. Soyuduqdan sonra şokoladlı mini kruasanlarımızı süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür