resepti.local » Resept » Dadlı, ləzzətli qozlu burma resepti
Dadlı, ləzzətli qozlu burma resepti

Dadlı, ləzzətli qozlu burma resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Dadlı, ləzzətli qozlu burma resepti

Tərkibi:
Xəmir üçün:
1 st süd,
150 qr kərə yağı,
2 ç.q. maya,
100 qr xama
1 x.q. şəkər tozu,
bir çimdik duz,
bir çimdik sarıkök,
3 ədəd yumurta (ikisinin sarısı üzərinə), 4-5 st un,
duru yağ(xəmir yoğurmaq üçün)

İçlik üçün:
2 st çəkilmiş qoz,
1.5 st şəkər tozu,
hil

Üzəri üçün:
yumurta sarısı,
1 x.q. duru yağ

Hazırlanması:
Əvvəlcə ilıq südə şəkər tozu və maya əlavə edib, 5 dəqiqə saxlayırıq. Sonra xəmir üçün qeyd olunmuş qalan ərzaqlarla birlikdə yumşaq xəmir yoğururuq. Qabı büküb, isti yerdə 1-2 saat saxlayırıq.
Xəmir acıqdıqdan sonra bərabər ölçülü kündələr tutub, yayırıq. Yaydığımız hər kündəni 8 hissəyə bölüb, 1 x.q. içlik yerləşdirərək bükürük. Bütün xəmiri bu qayda ilə hazırladıqdan sonra soba qabında düzüb, 30 dəqiqə gözlədirik. Son olaraq yumurta sarısına 1 x.q. duru yağ əlavə edib, burmaların üzərinə çəkirik. Əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada üstü qızarana kimi bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür