resepti.local » Resept » Qarışıq kökə resepti
Qarışıq kökə resepti

Qarışıq kökə resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qarışıq kökə resepti

Tərkibi:
• 2 su st. ilıq süd
• 1 paket quru maya (1,5 y.q)
• 1 su st əridilmiş kərə yağı
• 1 yemek qaşığı şəkər
• 2 çay q. duz
• Aldığı qədər un (5-6 su st un)

Üzəri üçün:
Ağ pendir
Holland pendiri
Pomidor,bibər
Balaca doğranmış kolbasa (sucuk)

Hazırlanması:
İlk öncə maya ilə süd seker qarışdırılıb həll olmağı üçün kənara qoyulur. Daha sonra digər ingredientləri əlavə edib elimizlə yoğururuq xemiri . Çox yumşaq ələ yapışmıyan xəmir əldə edirik və mayalanmağı üçün kənara qoyuruq 1 saat gözləyirik.
Xəmirdən hissələr qopardıb yumru edib elimizlə yastılaşdırıb qaba düzürük(esas orta hisseni yastilawdirin ). Sonra üzərinə yumurta sarısı sürtüb birinci holland pendiri sonra pomidor dilimi, bibər, sucuk qoyun. Artıq prosedur bitdi qabımızı öncədən qızdırılmış sobaya yerləşdiririk 200 dərəcədə qizarana qədər bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür