resepti.local » Resept » Zebra keks resepti
Zebra keks resepti

Zebra keks resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Zebra keks resepti

Tərkibi:
• 4 yumurta
• 1 su st.şeker
• 1 su st. süd
• 1 su st. duru yağ
• 2 su st. un+1 yemek qaşıq un
• 1 paket qabartma tozu
• 1 paket vanil
• 2 yemek q. kakao

Hazırlanması:
Əvvəlcə yumurta və şəkəri ağ olana qədər 10 dəq mikserlə çalırıq. Daha sonra süd, duru yağ, un qabartma tozu, vanil əlavə olunaraq yenidən çalırıq. Hazırladığımız xəmir iki bərabər hissəyə ayırırıq. Bir hissəsinə kakao əlavə edirik. Sonda yağlanmış qaba bir çömçə qaşıqla sadə xəmir üzərinə eyni miqdarda kakaolu xəmir əlavə edirik. Xəmir bitənə qədər proseduru təkrarlayırıq. Əvvəlcədən qızdırılmış sobada 160 dərəcədə təxminən 40-45 dəq bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür