resepti.local » Resept » Sadə keks resepti
Sadə keks resepti

Sadə keks resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Sadə keks resepti

Tərkibi:
5 böyük yumurta (otaq temperaturunda)
350 qr şeker (2 su st.)
200 ml duru yağ (1 su st.)
200 ml süd (1 su st.)
315 qr un (2 su st + 3/4 su st.)
1 paket vanil
1 paket qabartma tozu
1 avuc kişmiş (arzu edilərsə)

Hazırlanması:
1. Yumurta və şəkəri təxminən 10 dəq krem halına gələnə qədər mikserlə çalın.Mən ilk öncə yumurtanın ağın çalıb sonra yumurta sarısı və şəkəri əlavə edirəm.
Diqqət! yumurta və şəkər çox yaxşı çalınanda yumurta qoxusu olmur.
2. Yağ + süd əlavə olunur çalınır
3. Un, qabartma tozu, vanil əlavə olunaraq yenidən mikser vasitəsilə çalınır. İstəyə görə kişmiş əlavə olunur qarışdırılır.
4. Yağlanmış və azca uz sərpilmiş keks qabına xəmir boşaldılır.
5. Əvvəlcədən qızdırılmış 160 dərəcə sobada təxminən bir 50 – 60 dəq bişirilir.
Diqqət! ilk 40 dəq sobanın qapağını açmayın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür