resepti.local » Resept » Lobya salatı resepti
Lobya salatı resepti

Lobya salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Lobya salatı resepti

Tərkibi:
Yaşıl lobya - 0,5 kq
İri pomidor - 2 ədəd
Sarımsaq - 2 diş
Qoz - bir ovuc
Üzüm sirkəsi - 2 y.q.
Zeytun yağı - 1 y.q.
Duz

Hazırlanması:
Yaşıl lobyanın quyruğunu kəsirik, qazana qoyuruq, soyuq su əlavə edib, bişiririk. Lobya tam bişməməli, bir az sərt qalmalıdır. Soyumuş lobyanı incə zolaqlar şəklində doğrayırıq. Pomidorları yarı bölürük, içinin şirəsini və tumlarını çıxarırıq, xırda doğrayıb, lobyaya əlavə edirik. Qozları xırdalayırıq. Zövqə görə duzlayırıq. Sirkə və zeytun yağını əlavə edirik. Qarışdırırıq. Mütləq 2-3 saatlıq soyuducuya qoyuruq. Lobya salatdakı digər inqrediyentlərin ətrini özünə çəkməli və marinə olmalıdır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür