resepti.local » Resept » Un qurabiyələri resepti
Un qurabiyələri resepti

Un qurabiyələri resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Un qurabiyələri resepti

Tərkibi:
100 qr kərə yağı
2 dolu qaşıq pudra şəkəri
1/2 st qarğıdalı nişastası
Azca vanil
Un ( 3/4 st )

Hazırlanması:
Kərə yağını biraz yumşaq vəziyyətdə pudra şəkəri və nişastayla qarışdırırıq, üzərinə unu az-az əlavə edirik,təxminən 3/4 st ilə 1 st arası un lazım olur. Ələ yapışmayan xəmir əldə edənədək un əlavə edib qarışdırırıq. Xəmiri uzun formaya salıb , ortasından çəngəllə basaraq keçərək forma veririk və bıçaqla şəkildəki kimi kəsirik və öncədən qızdırılmış sobada 175'də təxminən 30-45 dəq bişiririk,rəngi ağ qalmalıdı. Təxminən 12 ədəd qurabiyə alınır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür