resepti.local » Resept » Qat-qat xəmirdən börək resepti
Qat-qat xəmirdən börək resepti

Qat-qat xəmirdən börək resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qat-qat xəmirdən börək resepti

Tərkibi:
1 paket (10ədəd) hazır qat-qat xəmir(milföy xəmiri)
200qr toyuq filesi
2 iri baş soğan
Duz,istiot
Bitki yağı
1 yumurta
Küncüt

Hazırlanması:
Soğanı yarım halqa şəklində doğruyub,bitki yağında qızardırıq,toyuq filesini də istəsəz lap xırda doğruyub soğanla birlikdə bişirin ,istəsəz qaynadıb, soğan hazır olanda içinə əlinizlə xırdalayaraq ( didərək) əlavə edin.
Mən özüm hazırladığım qat-qat xəmirlə etdim. Kvadrat formada xəmirlərin içinə içlik qoyub üçkünc formada(şəkildəki kimi) bükürük və üzərinə yumurta sarısı çəkib küncüt səpirik. 175'də 15-30dəq üzü qızaranadək sobada bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür