resepti.local » Resept » Ən sadə mərci şorbası resepti
Ən sadə mərci şorbası resepti

Ən sadə mərci şorbası resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Ən sadə mərci şorbası resepti

Tərkibi:
1 st mərci
6 st su
1 baş soğan
3-4 y.q bitki yağı
2 y.q tomat pastası
1 hazır bulyon
2 y.q un
duz
qara və qırmızı istiot
pul bibər
sumaq
Limon

Hazırlanması:
Mərci şorbasını hamı bişirir yəqin ki,mən sadəcə özüm bişirdiyim tərifi vermək istədim, ən asan və iş adamlarına uyğun versiyası)
Soğanı xırda doğruyub, şorbanı bişirəcəyimiz qazanda bitki yağıyla qızardırıq ,üzərinə duz,qara və qırmızı istiot,pul bibər, hazır bulyon, mərcini əlavə edirik və suyu töküb mərci bişənədək qaynadırıq. Ayrıca qabda un və tomat pastasını qovurub şorbaya əlavə edirik, sonra blenderdən keçiririk . Şorbanı hazırladığım suxarılarla və sumaqla bəzədim. Yeyərkən limon sıxmağı da unutmadım.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür