resepti.local » Resept » Borş resepti
Borş resepti

Borş resepti

Mətbəx: Rus mətbəxi
Porsiya: 4-6

Borş resepti

Tərkibi:
1 kq iri tikələrə bölünmüş sümüklü mal əti
5 xörək qaşığı kərə yağı və ya duru yağ
1 baş soğan
1 ədəd orta boy çuğundur (300 g)
2 ədəd yerkökü (300 g)
2 xörək qaşığı tomat
3-4 dəfnə yarpağı (rusca: lavroviy list)
1 ədəd orda boy kələm (700 g)
3 ədər kartof
2 stəkan xırda-xırda doğranmış cəfəri
zövgə görə duz
zövgə görə istiot

Hazırlanması:
Borş üçün ət sümüklə birlikdə bişirilir və süzülür sonra bulyonda borş bişirilir, ət borşla birlikdə süfrəyə verilir.

Kələm nazik-nazik doğranır, kartof soyulub bulyona tökülür, bir az bişəndən sonra bura kələm də əlavə edilib bişirilir.

Soğan nazik doğranıb yağda qovrulur, sürtgəcdən keçirilmiş yer kökü, çuğundur əlavə edilib birlikdə pörtlədilir. Hazır olmağa az qalmış buraya tomat pasta qatılıb qızardılır.

Kartof və kələm 15 dəq bulyonda bişirilir, sonra əvvəldə göstərilmiş yağ-soğan və çuğundur, bir neçə dəfnə yarpağı, duz istiot əlavə edilib 10 dəq daha qaynadılır. Odun üstündən götürməmişdən əvvəl ona doğranmış cəfəri, şüyüd tökülür və bir müddət qırağa qoyulur.

Süfrəyə verildikdə sarımsaq və xama əlavə edilir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür