resepti.local » Resept » Uxa resepti
Mətbəx: Milli mətbəx
Porsiya: Yox

Uxa resepti

Tərkibi:
1.5 kq balıq və ya 1.25 kq balıq əti
1.75 l su
2 baş soğan
1 ədəd yerkökü
3 kartof
4 dəfnə yarpağı
10.12 ədəd qara istiot
1 dəstə cəfəri
2 x.q doğranmış şüyüd
4.5 saplaq zəfəran
1 ç.q duz
4 dilim limon

Hazırlanması:
Duzlanmış qaynar suya dördkünc kəsilmiş kartof, dilim-dilim kəsilmiş yerkökü və cəfəri, xırda doğranmış soğan tökülüb 10-15 dəq vam odda bişirilir, ədviyyat əlavə edilib 3 dəq daha bişirilir. Sonra həmin suya böyük tikələrlə kəsilmiş balıq əlavə edilir, 10 dəq vam odda bişirilir. Əgər lazım gələrsə yenidən duzlanır. Oddan götürülməmişdən əvvəl ona şüyüd və keşniş qatılır. Biraz qıraqda qalandan sonra dilimlənmiş limon əlavə edilir.

QEYD: Uxanı qapağı qazanda vamla bişirdikdə o daha ləzzətli olur.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür