resepti.local » Resept » Ballı tort resepti
Ballı tort resepti

Ballı tort resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Ballı tort resepti

Tərkibi:
1 yumurta
1/2 st şəkər tozu
1 x.q bal
1/2 ç.q soda ( 1/2 ç.q üzüm sirkəsində söndürürük)
50 qr kərə yağı
2 st un
1 paket vanil

Hazırlanması:
Bütün ərzaqları qarışdırıb zəif odda isidirik şəkər və yağ ərisin sonda unu əlavə edib xəmiri yoğururuq və 5-7 bezeyə bölürük , hazırlayacağımız diametrdən biraz geniş yayıb( ovuntu üçün əlavə korj bişirmirəm kənardan çıxanlar bəs edir) sobaya qoymazdan əvvəl üzərindən bir dairəvi qabla keçib bıçaqla kəsirik və eləcə də bişiririk.Bişəndən sonra kənarları çıxarıb əzirik ovuntu halına gətiririk. Kremi üçün 1/2 banka bişmiş qatılaşdırılmış süd ( varenka) və 125 qr kərə yağı ( yarım paket ) ,tortu yığıb ən az yarım gün dincəldirik və nuş olsun !
Şəkildəkini reseptin iki qatın etmişəm və 8 bezeyə bölmüşəm.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür