resepti.local » Resept » Kakaolu yaş keks resepti
Kakaolu yaş keks resepti

Kakaolu yaş keks resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Kakaolu yaş keks resepti

Tərkibi:
Biskviti üçün:
3 yumurta
1 su st. süd
1 su st şəkər tozu
1/2 st bitki yağı
2-3 y.q kakao
1 paket vanil
1 paket qabartma tozu
2 su st un

Kakaolu sousu üçün:
1-2 su st süd
1 su st şəkər tozu
1 -2 y.q bitki yağı
2 y.q kakao

Üzəri üçün:
Kokos və ya
Qoz ləpəsi

Hazırlanması:
Biskvitin bütün ərzaqlarını qarışdırıb borcama töküb ( istiliyə davamlı şüşə qab) 170'də bişiririk. Sousu üçün südü qızdırıb şəkər tozunu əlavə edib əridirik və yağı əlavə edib qarışdırırıq ən sonda kakaonu tökürük. Biskviti soyudub doğrayırıq və üzərində taxta çöplə deşiklər açırıq ki ,sousu tökəndə yaxşı hopsun və yaşlıq versin . Sousun hamısını tökürük ilk əvvəl çox kimi gələcək amma yavaş-yavaş hamısı hopacaq. Sonda dilimlərin üzərini istəyə uyğun kokos və ya qoz ləpəsi ilə bəzəyirik və hazırdı.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür