resepti.local » Resept » Qozlu kakaolu keks resepti
Qozlu kakaolu keks resepti

Qozlu kakaolu keks resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qozlu kakaolu keks resepti

Tərkibi:
3 yumurta
1, 5 su stəkanı şəkər
1 su stəkanı süd
1, 5 çay stəkanı duru yağ
5 yemək qaşığı kakao
1 paket qabartma tozu
1 paket vanil
1 çay stəkanı iri döyülmüş qoz
2 yemək qaşığı damla şokolad
3, 5 çay stəkanı ələnmiş un

Üzəri üçün:
Krem şanti
Çiyələk

Hazırlanması:
Yumurta və şəkər ağarana qədər çalınır.
Sonra duru yağ və süd əlavə olunub mikserlə çaldıqdan sonra qarışımın sönməməsi üçün taxta qaşıqla çalmağa davam edək.
Kakao, un, qabartma tozu və vanili əlavə edək və qaşıqla altdan üstə doğru qarışdırırıq.
Dörtbucaq keks qabını yağlayıb qarışımı tökürük.
Qoz və damla şokoladı biraz una bulayıb qabdakı qarışımın üzərinə töküb taxta qaşıqla biraz qarışdırın.
Əvvəlcədən 170° isidilmiş sobada 25, 30 dəqiqə bişirin.
Bişdikdən sonra qabdan çıxarmadan soyumasını gözləyin.
Keks soyuduqdan sonra servis qabına qoyuruq.
Dilimləyib üzərini krem şanti və çiyələklə bəzəyək.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür