resepti.local » Resept » Yaş keks (ıslak kek) resepti
Yaş keks (ıslak kek) resepti

Yaş keks (ıslak kek) resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Yaş keks (ıslak kek) resepti

Tərkibi:
Keks üçün:
4 ədəd yumurta,
2 st. şəkər tozu,
1 st. süd,
1 st. duru yağ,
2 x.q. kakao,
2.5 st. un,
1 paket vanil,
1 paket qabartma tozu

Qlazur üçün:
1 st. yarım süd,
3-4 paket damla şokolad
2-3 paket pletka şokolad

hazır qlazurda istifadə edə bilərsiniz, marketlərdə satılan şokoladlı sos alıb üzərindəki göstərişdə qeyd olunan miqdarda (çox vaxt 1 paket şokolad sosunu 2.5 stəıan südlə bişirirlər)südlə bişirib hazır edirsiniz.

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə süd, duru yağ və kakao töküb çalmağa davam edirik, digər inqridentləri əlavə etməmişdən əvvəl bu qarışımdan 1 stəkan ayırıb götürürük sonradan hazır keksin üzərinə 1 stəkan südlə qarışdırıb əlavə etmək üçün. Sonra un, vanil, qabartma tozu əlavə edib yaxşıca çalırıq və keksin xəmirini hazır edirik. Soba qabını yağlayıb, hazırladığımız xəmiri tökürük. Əvvəlcədən isidilmiş sobada 180 dərəcə istilikdə bişiririk. Tam bişməyini kibrit çöpü ilə yoxlaya bilərsiniz.

Qlazuru hazırlamaq üçün bir qaba şokoladları əlavə edib üzərinə qaynar süd tökürük və qarışdırırıq, şokoladlar tam əriyib südlə qarışana qədər. Əgər şokoladlar tam əriməsə buxarda da və ya başqa sizə sadə üsul hansıdırsa o üsulla qızdırıb qarışdırırsınız.

Keksimiz bişdikdən sonra isti-isti doğrayıb, üzərinə bayaq un əlavə olunmamışdan əvvəlki qarışımdan ayırıb 1 stəkan südlə qarışdırdığımız südlü mayeni tökərək hər tərəfinə yayırıq. Biraz özünə gəldikdən sonra üzərinə qlazuru da əlavə edib üzərini istədiyiniz formada bəzəyib süfrəyə verə bilərsiniz.

QEYD: Keksin xəmirinə damla şokolad vəya pletka şokolad qırıntıları və eyni zamanda qoz və ya fındıq (vəya başqa ləpə) blenderdən keçirib çoxda xırda xırda olmamaq şərtilə xəmirə qata bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür