resepti.local » Resept » Islak keks resepti
Islak keks resepti

Islak keks resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Islak keks resepti

Tərkibi:
4 ədəd yumurta
1.5 st. şəkər tozu
100 qr duru yağ
1 st süd
vanil
qabartma tozu
1 ç.q. kakao
2 st un

Sous üçün:
2 st süd
1 st şəkər tozu
1 ç.q. kakao

Hazırlanması:
İlk öncə xəmir üçün yumurta və şəkər tozunu mikserlə ağaranadək çalırıq. Üzərinə duru yağ, süd əlavə edib, qaşıqla qarışdırırıq. Daha sonra qarışıma vanil və qabartma tozu əlavə edirik. Kənarda kakao və unu da qarışdırıb, üzərinə əlavə edirik. Hazır olan qarışımı yağlanmış listə töküb, 180 dərəcəli sobada bişiririk.
Digər tərəfdə süd, şəkər tozu və kakaonu qarışdırıb, vam odda 15 dəq. bişiririk. Sous soyuduqdan sonra keksin üzərinə qaşıqla tökürük. Keks şirəni özünə çəkdikdən sonra zövqə görə bəzəyib, süfrəyə verə bilərik.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür