resepti.local » Resept » Rulet resepti
Rulet resepti

Rulet resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Rulet resepti

Tərkibi:
4 yumurta
0.5 stəkan şəkər tozu
1 stəkandan 1-2 xörək qaşığı az un
1 paket vanel
1 paket qabartma tozu

Hazırlanması:
krem: tamamilə zövqə görədi istəsənis bişmə krem istifadə edə bilərsiniz, istəsəniz adi ərinmiş şokolad, istəsəniz qatılaşdırılmış süd, istəsəniz adi bildiyimiz kərə yağ ilə qatılaşdırılmış süddən hazırlanmış krem.

içi də yenə tamamilə zövqə görədi: istəsəniz banan və ya başqa meyvə, istəsəniz qoz və ya başqa ləpə qırıntıları səpə bilərsiniz arasına.

Hazırlanması: yumurtaları bir qaba qırıb tökürük üzərinə şəkər tozu əlavə edib mikserlə yaxşıca qarışdırırıq. Sonra ələnmiş un, vanil və qabartma tozunu əlavə edib yene çalırıq.

Xəmiri üzərinə kalka kağızı sərdiyimiz soba qabına tökürük, 170-180 dərəcədə 5-7 dəq bişiririk. Bişəndən sonra yumşaq keksi kalka kağızından ehmalca ayırırıq içini yuxarda qeyd elediklərimizlə zövqə görə əlavələr edib ehtiyatla bükməyə başlayırıq.

Hazır ruletin üzərini də yenə zövqə görə bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür