resepti.local » Resept » Pomidor supu resepti
Pomidor supu resepti

Pomidor supu resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Pomidor supu resepti

Tərkibi:
6 ədəd pomidor
2 x.q əridilmiş kərə yağı
1 x.q dolu un
4 st su
1 st süd
Duz
Istiot
Üstünə səpmək üçün pendir və suxari

Hazırlanması:
Pomidorları yuyub qabığını soyub blenderdən keçiririk. Yağı qazana töküb əridirik. Yağ qızdıqda unu əlavə edib 1-2 dəqiqə qovururuq. Sonra pomidoru əlavə edirik. 5-10 dəqiqə qaynadıqdan sonra südü də əlavə edirik və 3 dəqiqə sonra suyu töküb qarışdırıb bişiririk. (Təxminən 15-20 dəqiqəyə yemək hazır olacaq.) Yemək hazır olmağa az qalmış duz və istiotunu da tökürük. Yeməyi süfrəyə verərkən sürtgəcdən keçirilmiş pendiri və suxarini üstünə səpirik.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür