resepti.local » Resept » Pomidor supu resepti
Pomidor supu resepti

Pomidor supu resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: 2-4

Pomidor supu resepti

Tərkibi:
3 x.q. un,
2 x.q. tomat,
9-10 ədəd pomidor,
bulyon,
duru yağ,
kərə yağı,
duz, istiot,
holland pendiri

Hazırlanması:
İlk öncə unu yağda 1-2 dəqiqə qovururuq. Üzərinə əvvəlcə tomat, ardınca isə blenderdən keçirilmiş pomidorları əlavə edib, bişməyə qoyuruq. Pomidorlar biraz yumuşaldıqdan sonra bulyon, duz, istiot əlavə edib, qatılaşana kimi bişiririk. Süfrəyə servis edən zaman üzərinə sürtgəcdən keçirilmiş pendir tökürük.
*Qeyd. Bəzi reseptlərdə bişirdikdə içərisinə süd və ya qaymaq da əlavə edilir, mən etmədim.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür