resepti.local » Resept » Ətli dovğa resepti
Ətli dovğa resepti

Ətli dovğa resepti

Mətbəx: Milli mətbəx
Porsiya: 2-4

Ətli dovğa resepti

Tərkibi:
Göstərilən tərkib hər pay üçün nəzərdə tutulub (adambaşına)
100 q qoyun əti
200 q qatıq
20 q düyü
15 q noxud
10 q buğda unu
1 ədəd yumurta
1 baş soğan
ıspanaq, keşniş, dağ keşnişi, nanə, yarpız, şüyüd, kərəviz və kəvər hərəsindən 1 dəstə
duz.istiot

Hazırlanması:
Yumşaq qoyun əti baş soğanla birlikdə ətçəkən maşından keçirilir, ədviyyat qatılaraq 15 qramlıq xırda küftəciklər hazırlanır və bişirilir. Noxud arıtlanıb 3-4 saat ərzində soyuq suda isladılır və bişirilir. Ayrıca qazanda qatıq, düyü, yumurta və un bir birinə qatılaraq çalınır. Qatığın çürüməməsi üçün arasıkəsilmədən bir qaydada qaynara düşənə kimi bulaya-bulaya qarışdırılır. Qaynara düşəndən sonra noxud, küftəciklər də əlavə olunaraq hamısı birlikdə bişirilir. Sonra bura xırda doğranmış göyərti və duz əlavə edilərək bişirilir.

İlin mövsümündən asılı olaraq dovğa soyuq halda da süfrəyə verilə bilər.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür