resepti.local » Resept » Ezo gəlin şorbası resepti
Ezo gəlin şorbası resepti

Ezo gəlin şorbası resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: 4-6

Ezo gəlin şorbası resepti

Tərkibi:
1st.qırmızı mərci
1x.q.yarma
1x.q.düyü
1 baş soğan
2 diş sarımsaq
4x.q. duru yağ
1x.q.tomat
su və ya bulyon
1ç.q.duz
1ç.q.pul bibər
1x.q.tel əriştə
nanə
limon suyu

Hazırlanması:
Əvvəlcə mərci, yarma və düyünü qazanda qaynadıb, suyunu süzün. Soğan və sarımsağı xırda-xırda doğrayıb, ayrı bir tavada qovurun. Üzərinə tomat əlavə edin. Ard-arda mərci, yarma və düyünü əlavə edib, üzərinə qaynar su tökün.

Suyu canına çəkdikcə yenidən su əlavə edin. Orta odda üstünü örtmədən təxminən 20-25 dəqiqə ərzində bişirin.

Bu müddət ərzində şorbanın üzünə kəf çıxarsa, kəfi yığın. Tez-tez qarışdırın ki, dibi yanmasın.

Ocaqdan götürənə yaxın duz, nanə, pul bibər və tel əriştəni əlavə edib, ehmalca qarışdırın. Şorbanı qablara töküb, üzərinə limon sıxın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür