resepti.local » Resept » Siyənək paşteti resepti
Siyənək paşteti resepti

Siyənək paşteti resepti

Mətbəx: Avropa mətbəxi
Kateqoriya: qəlyanaltılar
Porsiya: Yox

Siyənək paşteti resepti

Tərkibi:
250 q siyənək filesi
180 q 15%-li xama
3 bişmiş yumurta
göy soğan
1 kasa ağ çörəyin içi
şüyüd

Hazırlanması:
Çörəyi quru tavada qızılı rəng alanadək qızardın.

Bişmiş yumurtaları xırda doğrayın (ya da çəngəllə əzin).

Siyənəklə soğanı blenderdən keçirin. Suxarı, yumurta, xırda doğranmış şüyüd və xama əlavə edib qarışdırın, qara istiot vurun.

Bir gecə soyuducuda saxlayın.

Süfrəyə qara çörək və bişmiş kartofla verə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür