resepti.local » Resept » Sini kababı resepti
Sini kababı resepti

Sini kababı resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Sini kababı resepti

Tərkibi:
500 qr. qıyma
1 ədəd soğan - rəndələnmiş
4 diş sarımsaq - rəndələnmiş
kimyon
qara bibər
pul bibər
duz
½ çay stəkanı duru yağ
½ su stəkanı su
1 şirin çay qaşığı tomat pastası
2 ədəd pomidor
2 ədəd bibər

Hazırlanması:
Qıyma, soğan, sarımsaq, kimyon, qara bibər, pul bibər, duz və duru yağı bir qabın içərisinə alıb yaxşıca yoğurun.Yumru bir soba qabına hazırladığınız xərci yayın.Tomat pastası və suyu qarışdırın və yaydığınız qıymalı xərcin üzərinə hər tərəfinə bərabər olacaq şəkildə yayın. Pomidorları 4-ə bölün, Bibərləri 4-ə bölün. Soba qabının ən üstünə pomidor və bibərləri yerləşdirib 200 dərəcədə əvvəlcədən qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür