resepti.local » Resept » Düşbərə resepti
Düşbərə resepti

Düşbərə resepti

Mətbəx: Milli mətbəx
Porsiya: Yox

Düşbərə resepti

Tərkibi:
Toyuq bulyonu - 1,5 l.
Göyərti - 1 dəstə
Duz, istiot, ədviyyə - zövqə görə

Düşbərə üçün:
Çəkilmiş qoyun əti - 150-200 qr.
Duz, istiot - zövqə görə
Doğranmış keşniş - 1 qaşıq
Toyuq yumurtası - 1 ədəd
Su - 5 y.q
Duz - ½ ç.q.
Un - 1 st.

Hazırlanması:
Çəkilmiş ətə ədviyyələri və bir qaşıq doğranmış keşnişi əlavə edirik. Su, un, duz və yumurtadan xəmir yoğururuq. Onu iki hissəyə bölürük hər ikisini incə bir şəkildə açırıq, 2-3 sm kvadratlar kəsirik. 100 kvadrat alınmalıdır. Kvadratların ortasına biraz ət qoyuruq, üçbucaq bağlayırıq, büküb, küncləri birləşdiririk.

Düşbərəni qaynayan bulyona atıb, 5 dəqiqə bişiririk. Doğranmış göyərti, istiot və biraz duz qatırıq.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür