resepti.local » Resept » Şaftalı peçenyesi resepti
Şaftalı peçenyesi resepti

Şaftalı peçenyesi resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Şaftalı peçenyesi resepti

Tərkibi (20 ədəd):
Xəmir:

125 q marqarin
2 x.q. qatıq
0,5 st. şəkər tozu
1 yumurta
0,5 paket qabartma tozu
0,5 paket vanil
aldığı qədər un

40 ədəd yarım qoz qabığı (20 qozun qabığını ikiyə ayırın)

Krem:
250 q süd
1 yumurta
1 st. + 1 barmaq enində un
0,5 st. şəkər tozu
0,5 ç.q. vanil
4,5 x.q. marqarin

Üzərinə:
qırmızı və sarı qida boyası
şəkər tozu

Hazırlanması:
Krem:
Vanil və marqarindən başqa, digər ərzaqları mikserdə çalın. Ocağın üstünə qoyun, qarışdıraraq sıyıq halına gələnədək bişirin. Ocaqdan götürün, vanil əlavə edin. İlıq olanda 4,5 x.q. marqarini əlavə edib 10 dəqiqə çalın.

Xəmir: Marqarin, qatıq, şəkər tozu, yumurta, qabartma tozu, vanil və aldığı qədər unu yoğurun. Üzərini yaş dəsmalla örtüb 10 dəqiqə saxlayın.

Xəmirdən qoz boyda kündələr tutub bunları qoz qabıqlarının üstünə çəkin. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada qızaranadək bişirin.

Bişmiş peçenyelərin içindən qoz qabıqlarını çıxarın. Peçenyelərin içinə krem doldurub cüt-cüt yapışdırın.

Qida boyalarını çox az suyla qarışdırın. Peçenyeləri boyayın, şəkər tozuna batırın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür