resepti.local » Resept » Südlü badam şorbası resepti
Südlü badam şorbası resepti

Südlü badam şorbası resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: 4-6

Südlü badam şorbası resepti

Tərkibi:
130 g qovrulmamiş badam
1 yemək qaşığı kərə yağı
1 yemək qaşığı un
2 su stəkanı süd
3 su stəkanı su
duz
qara bibər
muskat (ədviyyat)

üzəri üçün:
yarım stəkan file badam
1 şirin çay qaşığı kərə yağı

Hazırlanması:
Badamları geniş bir qaba alıb üzərini örtəcək qədər qaynar su əlavə edib 15-20 dəqiqə gözlədin. Badamlar yumşalınca sudan çıxardıb qabıqlarını soyun. Qabıqlarını soyduğunuz badamın un halına gələnə qədər mətbəx robotundan keçirin. Kərəyağını bir qazanda əridib unu qoxusu çıxana qədər qovurun. Üzərinə un halına gətirdiyiniz badamı əlavə edib 2-3 dəqiqə daha qovurun. Üzərinə yavaş-yavaş südü əlavə edin və bir çırpıcı köməyiylə qarışdırın. Su, muskat rəndəsi, duz və qara bibəri əlavə edib qaynayana qədər qarışdıraraq bişirin. Qaynamağa başlayanda altını qısıb 5 dəqiqə daha bişirib ocaqdan alın. File badamı kərə yağında yüngül qovurub şorbanın üzərinə gəzdirin. İsti xidmət edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür