resepti.local » Resept » Südlü badam şorbası resepti
Südlü badam şorbası resepti

Südlü badam şorbası resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Südlü badam şorbası resepti

Tərkibi:
2,5 stəkan süd,
150 q badam,
1,5 stəkan un,
4 şorba qaşığı kərə yağı,
1 ədəd hindistan cəvizi,
4 stəkan sümük k suyu,
Duz,
Yarım dəstə cəfəri,
Süsləmək üçün nar dənələri (arzuya görə)

Hazırlanması:
Badamların qabıqlarının asanlıqla soyulması üçün isti suda 5 dəqiqə qaynadın.
Qabıqları soyulan badamları incə-incə doğrayın.
Şorba bişirəcəyiniz qazanda kərə yağını əridin.
Un əlavə edib iyi çıxana qədər qovurun.
İncə çəkilmiş badamları da əlavə edərək 2-3 dəqiqə daha qovurma işlərinə davam edin.
Bu qarışıma süd və sümük suyu əlavə edərək ərzaqları topaclanmaması üçün qarışdırın.
Vam odda qaynayıb qatılaşan şorbanı ocaqdan düşürməzdən əvvəl Hindistan cəvizini də rəndələyərək əlavə edin.
Bir başqa qabda bir şorba qaşığı kərə yağı əridin.
Yarım çömçə sümük suyunu da bu qarışıma əlavə edin.
Pokurdamağa başlayanda bu qarışığa incə doğranmış cəfəri doğrayın.
Cəfərinin əlavə edilməsindən sonra bu sosu şorbanın üzərində gəzdirin.
Arzuya görə üzərini nar dənələri ilə süsləyə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür