resepti.local » Resept » Qaymaqlı göbələk şorbası resepti
Qaymaqlı göbələk şorbası resepti

Qaymaqlı göbələk şorbası resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Qaymaqlı göbələk şorbası resepti

Tərkibi:
2 yemək qaşığı kərə yağ
400 qr. göbələk - doğranmış
2 diş sarımsaq
2 yemək qaşığı un
4 su stəkanı toyuq suyu
200 ml. qaymaq
duz
qara bibər
Şüyüd - üzəri üçün

Hazırlanması:
Kərəyağını qazanda əridin, göbələk və sarımsaqları əlavə edib göbələklər suyunu çəkənə qədər bişirin. Unu əlavə edin, baharatlandırın və qovurun. Un qoxusu çıxınca yavaşca və davamlı qarışdıraraq toyuq suyunu əlavə edin və qaynamağa buraxın. Şorba qaynayınca ocaqdan alın qaymağı davamlı qarışdıraraq əlavə edin və təkrar ocağa alıb bir dəfə də qaynadın. Üzərinə incə qıyılmış şüyüd səpib xidmət edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür