resepti.local » Resept » Toyuq çöp şiş resepti
Toyuq çöp şiş resepti

Toyuq çöp şiş resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Toyuq çöp şiş resepti

Tərkibi:
Toyuq filesi 500 q
Göbələk 10-12 ədəd
Bolqar bibəri 2 ədəd
Pomidor 2 ədəd
Soğan 1 ədəd

Sous üçün:
Ağ üzüm sirkəsi 2 x.q
Zeytun yağı 2 x.q
Kəklikotu 10 q
Şirin paprika 10 q
Duz 1 ç.q
Sarımsaq 1-2 diş

Hazırlanması:
1. Toyuğun döş ətini 2x2 ölçülü kub şəklində doğrayın.

2. Sous üçün ərzaqları qarışdırın və doğranmış toyuğun ətinin üzərinə tökün, qarışdırın və qapaqla bağlayıb azı 2 saat soyuducuda saxlayın.

3.Soba 180 dərəcə qızdırın.

4.Bibərlərin və pomidorların tumlarını çıxardın. Göbələklərin və soğanın qabığını soyun. Tərəvəzləri doğrayın.

5.Taxta şişləri yaş edin və soğan, toyuq, bibər pomidor və göbələkləri ardıcıl olaraq şişə keçirin. Hər bir şişdə azı 4 dilim toyuq əti olmalıdır.

6.Hazır kababları soba üçün qaba yerləşdirin, üzərini folqa ilə bağlayın və 15-20 dəqiqə ərzində sobada bişirin. Daha sonra folqanı götürüb şişləri qril altında qızardın.

7.Qarnir kimi soyutma kartof və ya düyüdən istifadə etmək olar.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür