resepti.local » Resept » Mandarinli toyuq salatı resepti
Mandarinli toyuq salatı resepti

Mandarinli toyuq salatı resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Mandarinli toyuq salatı resepti

Tərkibi:
Toyuq filesi 500 q
Kahı 300 kq (İstənilən növ digər salatdan və ya salat qarışımından istifadə etmək olar)
Qırmızı soğan 1/2 ədəd
Çerri pomidoru 200 q
Mandarin 100 q
Küncüt tumu 2 x.q
Duz 1/2 ç.q Zövqə görə
İstiot 1/4 ç.q Zövqə görə

Sous üçün:
Zeytun yağı 2/3 stəkan
Soy sousu 1/4 stəkan
Ağ üzüm sirkəsi 1/2 stəkan
Sarımsaq 2 diş
Rəndələnmiş zəncəfil kökü 2 x.q
Küncüt yağı 1 ç.q zövqə görə
Qəhvəyi şəkər tozu 1 x.q
Qırmızı istiot 1 çimdik

Hazırlanması:
1. İlk növbədə salat üçün sousu hazırlayın. Kəsada zeytun yağı, soy sousu, ağ üzüm sirkəsi, əzilmiş sarımsaq və zəncəfil kökünü qarışdırın. Küncüt yağı, qəhvəyi şəkər tozu və qırmızı bibər əlavə edib bir də qarışdırın.

2. Toyuq filesini duzlayıb istiotlayıb yağsız bişirin: sobada və ya suda. Hazır toyuq ətini xırda kub şəklində doğrayın və üzərinə sousun 1/3 hissəsi tökün və küncüt səpin. Çerri pomidorlarını iki yerə bölün, qırmızı soğanı isə yarım halqa şəklində doğrayın. Mandarin dilimlərini ağ plyonkadan təmizləyin və bir neçə yerə bölün.

3. Salatı süfrəyə verəcəyiniz qaba kahı, toyuq əti və doğranılmış soğanla pomidorları qoyun və qalan sousu ezərinə əlavə edin. Mandarin dilimlərinin salatın üzərinə qoyub masaya təqdim edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür