resepti.local » Resept » Pomidor və göbələkli isti salat resepti
Pomidor və göbələkli isti salat resepti

Pomidor və göbələkli isti salat resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Pomidor və göbələkli isti salat resepti

Tərkibi:
Göbələk 400 q (Şampinyon və ya ağ göbələkdən istifadə edə bilərsiniz)
Çerri pomidoru 200 q
Qırmızı soğan 1 ədəd
Göy soğan 1 dəstə
Cəfəri 2 x.q Xırda doğranılmış
Zeytun yağı 2 x.q
Limon şirəsi 1 x.q Zövqə görə
Duz 1/2 ç.q Zövqə görə
Qara istiot 1/4 ç.q Zövqə görə

Hazırlanması:
Göbələkləri dörd yerə bölün, əgər böyükdürlərsə daha xırda doğrayın.

Soğanı yarım halqa şəklində doğrayın, sarımsağı əzin. Çerri pomidorların iki yerə bölün.

Tavada zeytun yağını qızdırın və soğanla sarımsağı qızardın. Tavaya göbələyi əlavə edib orta odda 5-10 dəq qızartmağa davam edin. Sonda xırda doğranmış göy soğan və çerrini əlavə edib daha 3 dəq. bişirin.

Hazır salatı boşaqaba qoyun, üzərinə limon şirəsi və cəfəri töküb süfrəyə verin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür