resepti.local » Resept » Qatılaşdırılmış südlü şarlotka resepti
Qatılaşdırılmış südlü şarlotka resepti

Qatılaşdırılmış südlü şarlotka resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qatılaşdırılmış südlü şarlotka resepti

Tərkibi:
4 yumurta
1 banka qatılaşdırılmış süd
240 qram un
1 çay q. qabartma tozu
Darçın zövqə görə
5 dənə orta ölçülü alma
1 dənə sürtgəcdən keçirilmiş limon qabığı
2 xörək q. kişmiş
3 xörək q. doğranmış qoz

Hazırlanması:
Bir qabda qabartma tozunu unla qarışdırın.
Yumurta ilə qatılaşdırılmış südü mikserlə çalın və üzərinə unu əlavə edin.
Almaları yuyun, tumlarını təmizləyin və halqa formasında doğrayın.
Qoz, kişmiş, darçın və sürtgəcdən keçirilmiş limon qabığını almalara qatıb qarışdırın.
Sonra xəmirə qatın.
Yağlanmış soba qabına almalı xəmiri tökün və 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür