resepti.local » Resept » Dana ciyəri paşteti resepti
Dana ciyəri paşteti resepti

Dana ciyəri paşteti resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Dana ciyəri paşteti resepti

Tərkibi:
800qr dananın qara ciyəri
4 ədəd kök
3 ədəd soğan
20qr qoz ( olmasa da olar)
100qr yumuşaldılmış kərə yağı
Duz, tozbibər

Hazırlanması:
Əvvəl ciyəri yaxşıca yuyub, doğrayıb bir buğum qaynadırıq. Suyunu tokub yenidən su əlavə edib, bişiririk. Soğanlari soyub, doğrayıb, qızardırıq və bir kənara qoyuruq. Yerköklərini qaynadıb qabığını soyuruq. Sonra bişmiş ciyəri qizardılmış soğanı, kökləri, qozu bir neçə dəfə ət maşınından (blender də olar) keçirib, duz və toz bibər əlavə edirik.
Alınmış qarışımı soyuducuda 1 saat saxlayiriq daha sonra folqanın üzərində nazikləşənədək yayırıq. Üzərinə yumuşaldılmış kərə yağı sürtürük. Çox kalorili olmasını istemirsinizsə yağ qatını lap nazik edin. Rulet formasında büküb, yenidən soyuducuya qoyun. Dana ciyərinin paşteti soyuq formada süfrəyə verilir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür