resepti.local » Resept » Ciyərdən paştet rulet resepti
Ciyərdən paştet rulet resepti

Ciyərdən paştet rulet resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 6-8

Ciyərdən paştet rulet resepti

Tərkibi:
400-500 qr ciyər
2 yumurta
100 qr kərə yağı(içlik üçün)
50 qr yağ (qızartmaq üçün)
1 baş soğan
Duz,istiot,rozmarin

Hazırlanması:
Təmizlənmiş ciyər və doğranmış soğanı tavada yağ və ədviyyatlarla qızardıb blenderdən keçirib pasta halına gətiririk. Içlik üçün yumurtaları qaynadıb yağla birgə blenderdən keçirib onu da pasta halına gətiririk. Streçfilm ( yaxud yağlı kağız) sərib , ciyərli qarışımı düzbucaqlı formada yayırıq və içliyi səliqəylə üstünə çəkirik və rulet kimi büküb ,bir neçə saat soyuducuda saxlayıb süfrəyə verin . Mən mayonez və xırda doğradığım bibərlərlə dekor etdim ,istəyə görə qara zeytunla da bəzəmək olar.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür