resepti.local » Resept » Paştet rulet resepti
Paştet rulet resepti

Paştet rulet resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Paştet rulet resepti

Tərkibi:
400-500 qr ciyər,
2 ədəd yumurta,
100 qr kərə yağı (içlik üçün),
50 qr yağ (qızartmaq üçün),
1 ədəd baş soğan,
duz, istiot, rozmarin

Hazırlanması:
Əvvəlcə təmizlənmiş ciyər və doğranmış soğanı tavada yağ və ədviyyatlarla birlikdə qızardırıq. Daha sonra blenderdən keçirdib, pasta halına salırıq. İçlik üçün yumurtaları suda bişiririk. Yağla birlikdə bişmiş yumurtaları da pasta halını alana kimi blenderdən keçirdirik.
Streçfilm (yaxud yağlı kağız) sərib, üzərinə ciyərli qarışımı düzbucaqlı formada yayırıq. İçliyi isə səliqəylə üzərindən çəkirik. Rulet kimi büküb, bir neçə saat soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.
Üzərini mayonez, xırda doğranmış rəngli bibərlər və ya qara zeytunla bəzəyə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür