resepti.local » Resept » Almalı Varşava piroqu resepti
Almalı Varşava piroqu resepti

Almalı Varşava piroqu resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Almalı Varşava piroqu resepti

Tərkibi:
7 ədəd alma
1 su stəkanı un
1 su stəkanı mannı yarması
1 su stəkanı şəkər
100 qram kərə yağı
1 ədəd limon
Darçın zövqə görə
Sürtgəcdən keçirilmiş portağal qabığı
50 qram şəkər tozu

Hazırlanması:
Iç hazırlamaq üçün almalaır yuyun.
Sürtdəcdən keçirin.
Üzərinə limon şirəsi, darçın və sürtgəcdən keçirilmiş portağal qabığı əlavə edin.
Soba qabına yağlı kağız qoyun.
Un, mannı yarması, şəkər və qabartma tozunu qarışdırın.
1/3 hissəsini soba qabına tökün və üstünə almaların 1/3 hissəsini qatın.
Bu prosesi 2 dəfə də təkrarlayın. Sonuncu qat alma olmalıdır.
Üzərinə kərə yağını sürtgəcdək keçirib yayın.
Əvvəlcədən 180-200 dərəcə isidilmiş sobada 30-40 dəqiqə biçirin.
Üzü qəhvəyi rəng olmalıdır.
Hazır olduqda soyuduqdan sonra üzərinə şəkər tozu səpin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür