resepti.local » Resept » Üzümlü mannik resepti
Üzümlü mannik resepti

Üzümlü mannik resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Üzümlü mannik resepti

Tərkibi:
200 qram kefir
70-100 qram marçipan
100-150 qram tumsuz üzüm
200-250 qram mannı yarması
2 yumurta
1 paket qabartma tozu
Sürtgəcdən keçirilmiş limon qabığı
50-100 qram şəkər
50 qram duru yağ

Üzərinə:
Şəkər tozu

Hazırlanması:
Yumurtanı şəkər ilə şişənə qədər qarışdırın.
Üzərinə kefir və qabartma tozunu əlavə edib qarışdırın.
Mannı yarmasının yarısını , yağı, marçipanı, sürtgəcdən keçirilmiş limon qabığı və üzümü əlavə edib qaşıq ilə qarışdırın.
Sobanı 180 dərəcə qızdırın.
Soba qabına qalan mannı yarmasını səpin.
Alınmış kütləni üzərinə əlavə edin və təxminə 30 dəqiqə qəhvəyi rəng alana qədər sobada bişirin.
Mannik hazır olduqda soyuduqdan sonra üzərinə şəkər tozu səpin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür