resepti.local » Resept » Yoqurtlu tort resepti
Yoqurtlu tort resepti

Yoqurtlu tort resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Yoqurtlu tort resepti

Tərkibi:
200 qram un
2 yumurta sarısı
100 qram şəkər
35 qram limon şirəsi
50 qram ərik qurusu
10 qram jelatin
420 qram yoqurt
50 qram ərik mürəbbəsi

Hazırlanması:
Bir qab götürüb unu, yumurta sarısını, kərə yağı, şəkər və limon şirəsini qarışdırın.
Elastik xəmir alınmalıdır.
Ərik qurusunu xırda doğrayın və xəmirə qatın.
Xəmiri soba qabına elə tökün ki, dörd tərəfi 3 sm ölçüdə qabın kənarlarına çıxsın.
Əvvəlcədən 200 dərəcə qızdırlmış sobada 20 dəqiqə bişirin.
Hazır olduqda soyumaq üçün kənara qoyun.
Jelatini 100 qram suya əlavə edin və şişməyini gösləyin.
Sonra odda əriyənəcən isidin.
Qaynatmamaq şərti ilə.
Soyumasını gözləyin.
Yoqurtu bişmiş jelatin və mürəbbə ilə qarışdırın və xəmirin üstünə tökün.
1 neçə saat soyuducuda saxlayın.
Tortunuz servisə hazırdır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür