resepti.local » Resept » İçi doldurulmuş yunan qabağı (kabaçok) resepti
İçi doldurulmuş yunan qabağı (kabaçok) resepti

İçi doldurulmuş yunan qabağı (kabaçok) resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

İçi doldurulmuş yunan qabağı (kabaçok) resepti

Tərkibi:
2 ədəd yunan qabağı (kabaçok)

İç üçün:
400 qram mal əti
1 ədəd soğan
1 x.q. ketçup
1-2 x.q. xama
2 dilim sarımsaq
göyərti
duz, istiot

Sous üçün:
1 x.q. mayonez
1 x.q. xama
1-2 ç.q. ketçup

Hazırlanması:
Yunan qabağını yuyub, qurulayın. Sonra onları eninə 2-3 hissəyə ”boçkaşəkilli” formada doğrayaraq, çay qaşığı ilə içini çıxarın. Çıxartdığınız yunan qabağının içini xırda-xırda doğrayın.
İç hazırlamaq üçün:
Soğanı təmizləyib, xırda-xırda doğrayın. Əvvəlcə qızdırılmış tavada farşı bitki yağında qovurun. Sonra bişmiş farşı tavadan digər boşqaba tökün. Həmin tavada xırda doğranılmış soğanı qovurun. Sonra üstünə doğranılmış yunan qabağının içini əlavə edib, 4 dəqiqə müddətində bişirməyə davam edin. Üzərinə duz və istiot səpməyi unutmayın.
Göyərtiləri yuyub, xırda-xırda doğrayın. Sonra bişmiş farşın üzərinə qızardılmış soğan, yunan qabağı, göyərti, ketçup (və yaxud tomat pastası), xama və əzilmiş sarımsağı əlavə edib, yaxşıca qarışdırın. Üzərinə duz və istiot səpməyi unutmayın.
Sous hazırlamaq üçün:
Bir boşqabda xama, mayonez və ketçupu birləşdirib, yaxşıca qarışdırın.
Doğranılmış “boçkaşəkilli” yunan qabağının içini duzla sürtüb, hazırladığınız farşla içini doldurun. Sonra yağlanmış forma qabına onları düzüb, hər birinin üstünə 1 çay qaşığı hazırladığınız sousdan tökərək, 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə müddətində bişirin. Bişməyinə 3-5 dəqiqə qalmış duxovkadan çıxarıb, üzərinə sürtkəcdən keçirilmiş pendir səpin. Sonra yenidən duxovkaya qaytarıb, pendir əriyənə qədər bişirməyə davam edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür