resepti.local » Resept » Helel salatı resepti
Helel salatı resepti

Helel salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Helel salatı resepti

Tərkibi:
300 q təzə şampinyon
300 q toyuq əti
150 q xama
100 q pendir
3 yumurta
1 balaca banka ananas konservi
1 kivi
1 baş soğan
mayonez

Hazırlanması:
Göyərti və soğanı doğrayıb xamada qovurun. Soyuyandan sonra salat qabına yığın. Bu, birinci laydır.

Duzlu suda toyuq ətini bişirin. Soyuyandan sonra xırda doğrayın. Göbələyin üstünə döşəyib üzərinə mayonez çəkin. İkinci lay da hazırdır.

Üçüncü lay - bişmiş yumurtanı sürtgəcin iri gözündən keçirib döşəyin. Üzərinə mayonez çəkin.

Konservləşdirilmiş ananası xırda kubik doğrayıb döşəyin. Üzərinə mayonez çəkin.

Pendiri sürtgəcin orta gözündən keçirib salatın üstünə səpin.

Salatı süfrəyə verəndə üzərini kivi dilimləri ilə bəzəyin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür