resepti.local » Resept » Kəllə-paça (xaş) resepti
Kəllə-paça (xaş) resepti

Kəllə-paça (xaş) resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Kəllə-paça (xaş) resepti

Tərkibi:
214 q qoyun kəlləsi, (dildən başqa)
179 q qoyun ayağı,
47 q qarın,
5 q sarımsaq,
10 q sirkə,
duz.

Hazırlanması:
Kəllə paça (xaş) hazırlamaq üçün kiçikbaş heyvanın kəlləsi, ayaqları və qarnı emaldan keçirilir, yuyulur və ən əzı bir saat suya qoyulur.
Sonra bunlar hissələrə parçalanıb tiyana qoyulur, hər kiloqrama 2 l su tökülüb bişirilir.
Bişdikdən sonra əti çıxardılıb iri sümüklərdən ayrılır, 40-50 q çəkidə tikəciklərə doğranır, yenidən bulyona salınıb bişirilir. Süfrəyə verilən zaman boşqaba bişmiş ət qoyulub üstünə bulyon tökülür, xörəyin yanına sarımsaqlı sirkə qoyulur.
Bulyon bişirilən zaman duz vurulmamalı və o, ayrıca süfrəyə verilməlidir.
Qarın ayrıca olaraq suda bişirilir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür