resepti.local » Resept » Diyetik toyuq şişi resepti
Diyetik toyuq şişi resepti

Diyetik toyuq şişi resepti

Mətbəx: Yoxdu
Porsiya: 2-4

Diyetik toyuq şişi resepti

Tərkibi:
100 qr arzu etdiyiniz növlərdə bibər
300 qr toyuğun döş əti
2 ədəd göy soğan
Duz
Qara bibər
1 xörək qaşığı maye yağ
250 qr qatıq
5 ədəd taxta şiş
Yarım çay qaşığı qədər qırmızı toz bibər
2 baş quru soğan (100 qr.)

Hazırlanması:
Ətləri, bibərləri və göy soğanları yuduqdan sonra qurulayın və iri hissələr halında doğrayın. Soğanları soyub yuyun və qalın halqalar şəklində kəsin.Bütün vəsaiti tək-tək, taxta şişlərə keçirin. Üzərlərinə duz və qara bibər səpin. 1 xörək qaşığı maye yağı tavada isidib, orta istilikdəki odda şişləri qızardın. Qatığa duz, qara bibər və qırmızı bibər səpib, toyuq şişlərin yanında servis edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür